İyulun 2-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Goalplus-ın təşkilatçılığı ilə "Beyond Sports" layihəsi start götürüb. "Rekord.az" xəbər verir ki, bir çox federasiyanın qatıldığı layihədə Azərbaycan Voleybol Federasiyası (AVF) da iştirak edir.

Su İdmanı Sarayında keçirilən tədbirin ilk günü AVF çimərlik voleybolçularımızla təmsil olunub. Növbəti günlərdə layihədə milli komandalarımızın və klublarımızın üzvləri də iştirak edəcəklər. Azarkeşlərin voleybolçularımızla görüşmək, həmçinin aktiv və unudulmaz həftəsonu keçirmək imkanı olacaq.