Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan Voleybol Federasiyasının həkimi, CEV-in Tibb Komissiyasının üzvü Vüsalə Kazımovaya növbəti dəfə etimad göstərib. "Rekord.az" xəbər verir ki, həmyerlimiz oğlan və qız voleybolçular arasında keçiriləcək çimərlik voleybolu üzrə U-18  Avropa çempionatının oyunlarına təyinat alıb. 

Kazımova 2-5 sentyabr tarixlərində Sloveniyanın Lyublyana şəhərində keçiriləcək oyunlara  Avropa Voleybol Konfedrasiyasının tibbi nümayəndəsi olaraq nəzarət edəcək.