voleybol üzrə ölkə çempionatında qadınların mübarizəsində III dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. "Rekord.az" federasiyanın mətbuat xidmətinə istidanən xəbər verir ki, Super Liqasının IX turunun matçları fevralın 25-də, VIII turdan təxirə salınan oyunlar isə martın 1-də təşkil olunacaq.

Fevralın 25-də öncə meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan sonra isə "UNEC" - "Azərreyl" münasibətlərinə aydınlıq gətirəcəklər.

Martın 1-də keçiriləcək VIII turun təxirə salınan oyunlarından sonra III dövrəyə yekun vurulacaq. Turun ilk qarşılaşması saat 16:00-da “Azərreyl” - “Abşeron” komandaları arasında olacaq. Dövrəyə "UNEC" - “Murov” görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.

Hər 2 turun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.