AVF-nin təşkil etdiyi ilk düşərgə başa çatdı
- 12 Fev 2024 09:28
- 272
Azərbaycan Voleybol Federasiyasının təşkil etdiyi (AVF) “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsinə bu gün yekun vurulub. "Rekord.az" xəbər verir ki, fevralın 9-da start götürən ilin ilk düşərgəsi Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin idman zalında təşkil edilib. Burada Gəncə və Tovuz regional voleybol klublarında (RVK) voleybolla məşğul olan 50-ə-yaxın 14 yaşadək qız iştirak edib.
Düşərgəyə yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatma rəhbərlik edib. Ona Hamid Anvari və RVK-nın məşqçiləri də kömək ediblər. Burada gündə 4-7 saat məşqlər keçirilib və uşaqlara voleybolun incəlikləri öyrədilib, daha yaxşı forma toplamaları üçün müxtəlif proqramlar həyata keçirilib. Düşərgədə fərqlənən 24 voleybolçu növbəti mərhələyə seçilib.
Qeyd edək ki, AVF fevral ayı ərzində Sumqayıt və Naxçıvanda da belə düşərgələr təşkil edəcək. Bu düşərgələrdə fərqlənəcək istedadlı voleybolçular Bakıda keçiriləcək düşərgələrə cəlb olunacaqlar.