Azərbaycan Voleybol Federasiyası yeniyetmə oğlan voleybolçular üçün düşərgə təşkil edib. "Rekord.az" xəbər verir ki, Qusar Olimpiya İdman Kompleksində baş tutan düşərgədə Sumqayıt Regional Voleybol Klubuna daxil olan Quba, Qusar və Xaçmaz rayonlarından seçilmiş fiziki göstəriciləri müvafiq standartlara cavab verən 2008-2011-ci təvəllüdlü uşaqlar iştirak ediblər.

Ümumilikdə 20 nəfərin qatıldığı düşərgəyə yeniyetmə, gənc oğlanlardan ibarət milli komandalara rəhbər təyin olunmuş Cahangir Seyed Abbasi rəhbərlik edib.

İki gün davam edən düşərgədə fərqlənən beş nəfər müəyyənləşdirilib və onlar Bakıda təşkil olunacaq düşərgəyə cəlb ediləcəklər.