Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. "Rekord.az" xəbər verir ki, bu işlər çərçivəsində yeniyetmə və gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasinin iştirakı ilə Ağsu rayonunda seçimlər aparılıb.

C.S.Abbasi rayonun 4 saylı orta məktəbində təşkil olunan 2008-2014-cü il təvəllüdlü oğlanların voleybol məşqlərini izləyib. Burada fərqlənən və müvafiq kriteriyalara uyğun gələn uşaqların qeydiyyatı aparılıb.

Qeyd edək ki, seçilən yeniyetmələr daha sonra federasiya tərəfindən təşkil olunan düşərgələrə cəlb olunurlar.