Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Faiq Orucov və İcraçı direktor Vüqar Hüseynzadə Lüksemburqda səfərdə olublar. "Rekord.az" xəbər verir ki, onlar Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmilərilə görüşüblər.

İşgüzar səfər zamanı AVF rəsmiləri CEV-in idarəedici direktoru Thorsten Endreslə və qurumun digər nümayəndələri ilə görüşüblər. Bu görüşlərdə voleybol, çimərlik voleybolu, qar voleybolu ilə bağlı yeniliklər görülən işlər müzakirə olunub. Həmçinin qarşıdakı yarışlar və nəzərdə tutulan digər işlər haqqında danışılıb.