AVF prezidentliyinə seçkilər keçirilib
- 26 Noy 2021 22:23
- 626
Azərbaycan Voleybol Federasiyasının hesabat-seçki konfransı keçirilib. "Rekord.az" xəbər verir ki, noyabrın 26-də Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.
Sonra, Azərbaycan Voleybol Federasiyasının hesabatı dinlənilib. Federasiya prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib.
Ardınca federasiya rəhbərliyinə seçkilər keçirilib. Cavid Qurbanov yenidən federasiyanın prezidenti, Faiq Qarayev 1-ci vitse-prezident, Cəlil Cəfərov və Əbülfəz Hüseynov vitse-prezident vəzifəsinə seçiliblər.
Konfransda həmçinin, Nicat Quliyev və Kamal Hüseynli Azərbaycan Voleybol Federasiyası İdarə Heyətinə üzv seçiliblər.
Konfransda həmçinin federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də müzakirə olunaraq qəbul edilib.