AVF rəhbərliyi Almaniyada millimizin məşqində olub
- 21 Avq 2023 17:02
- 325
Avropa çempionatında mübarizə aparan qadın voleybolçulardan ibarət millimiz üçün bu gün turnirdə istirahət günüdür. "Rekord.az" xəbər verir ki, komandamız sabah baş tutacaq Yunanıstanla oyuna hazırlığı məşq üçün ayrılmış xüsusi zalda davam etdirib.
Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov və federasiya nümayəndələri yığmamızın bugünkü məşqində olublar. Onlar voleybolçularımız və məşqçilər korpusu ilə görüşüblər. Oyuna hazırlıq prosesi ilə maraqlanan federasiya rəhbərliyi sabahkı qarşılaşmada voleybolçularımıza uğurlar arzulayıb. Daha sonra komandamızın məşqini izləyiblər.
Qeyd edək ki, millimiz avqustun 22-də Yunanıstanla üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq və "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.