Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. "Rekord.az" xəbər verir ki, AVF nümayəndələri seleksiya tədbirləri çərçivəsində bölgələrə səfər ediblər. Həm voleybol, həm də çimərlik voleybolu üçün gənclər arasında seçim aparılıb.  
Mütəxəssislər Şirvan, Tovuz, Hacıqabul və Gəncə şəhərlərində məşq edən qız və oğlanların məşqini izləyib və müəyyən edilmiş kriteriyalara uyğun gələn idmançıların qeydiyyatını aparıblar. 
Qeyd edək ki, AVF tərəfindən bu cür seçimlər mütəmadi olaraq paytaxtımızda və bölgələrimizdə aparılacaq.