Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət komandalarına türkiyəli mütəxəssis Şahin Çatma rəhbər təyin olunub. "Rekord.az" xəbər verir ki, bununla əlaqədar iyunun 8-də saat 09:00-da təcrübəli mütəxəssisin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Voleybol Mərkəzində təşkil olunacaq mətbuat konfransında Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi də iştirak edəcək.