AVF yaxın günlərdə avrokuboklarda iştirak edəcək klublar haqqında açıqlama verəcək
- 27 Apr 2020 18:47
- 866
Koronovirus pandemiyası səbəbindən voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqası mart ayından dayandırılıb. "Rekord.az" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Bütün dünyada problemlər yaradan COVİD-19 voleybolumuza da təsirsiz ötüşməyib. Vaxtsız dayandırılan çempionatın nəticələri və 2020-2021 mövsümündə avrokuboklarda ölkəmizi təmsil edəcək komandaların adları barədə yaxın günlərdə açıqlama veriləcək.