Polşa millisinin hücumçusu Arkadiuş Milik zədə səbəbindən Avro-2020-ni buraxacaq.

Rekord.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının saytı məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı futbolçu millinin məşqində aldığı zədədən tam sağala bilməyib. Yığmanın baş məşqçisi Paulo Souza Milikin yerinə komandaya heç kimi çağırmaq niyyətində olmadığını vurğulayıb.

Qeyd edək ki, Avro-2020-də Polşa millisi İspaniya, Slovakiya və İsveçlə eyni qrupda mübarizə aparacaq.