Avro-2020 üçün zəmanət
- 02 May 2020 15:22
- 819
Rusiya hökuməti 2021-ci ildə Avropa çempionatının keçirilməsi üçün zəmanət verib.
Rekord.az xəbər verir ki, bu barədə ölkənin idman naziri Oleq Matıtsin TASS-a bildirib.
O, lazım olan hər şeyin İdman Nazirliyi tərəfindən edildiyini, zəmanətlərin təsdiqləndiyini və UEFA-ya göndəriləcəyini vurğulayıb. Nazir ölkənin AVRO-2020-yə tam hazır olacağını söyləyib.
Daha əvvəl UEFA qitə çempionatını 2021-ci ilin 11 iyun - 11 iyulunda eyni təşkilatçı şəhərlər və oyun qrafiki ilə keçirmək niyyətində olduğunu açıqlayıb. AVRO-2020-də A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.
Digər qarşılaşmalar Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) şəhərlərində olmalıdır.