Avro-2020-yə ev sahibliyi Bakıdan alınır?
- 03 Apr 2021 14:21
- 730
Bakı Avro-2020-yə ev sahibliyi edəcək şəhərlərdən biri olmaya bilər.
Rekord.az xəbər verir ki, bu barədə Almaniyanın “Sportschau” nəşri yazıb.
Bildirilib ki, koronavirus pandemiyasının kəskin yayılması səbəbindən turnirə ev sahibliyi edəcək şəhərlərin sayı 12-dən 7-yə düşə bilər. Proqramdan çıxarılan 5 şəhərin Bakı, Bilbao, Dublin, Qlazqo və Münhen olduğunu vurğulanıb.
Nəşr yazıb ki, UEFA yekun qərarını azarkeşlərlə bağlı təşkilatçılardan təminat aldıqdan sonra aprelin əvvəllərində verəcək.
Qeyd edək ki, 11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avro-2020-nin qrup mərhələsinin 3, 1/4 finalın isə bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.