Avro-2020-nin keçiriləcəyi şəhərlərdən biri dəyişdirilə bilər. 

Rekord.az xəbər verir ki, Avropa çempionatının bir neçə oyununa meydan sahibliyi edəcək İspaniyanın Bilbao şəhərinin yerinə Sevilya variantı irəli sürülüb. 

Bu barədə "Marca" məlumat yayıb. Xəbərə görə, buna səbəb Bilbao şəhərinin pandemiya ilə bağlı qoyulan sanitar qaydalara tam uyğun olmamasıdır. Bu səbəbdən "San Mames" stadionunun əvəzinə Sevilya şəhərinin arenası nəzərdə tutulub. 

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.