Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatında çıxışını başa vurdu. "Rekord.az" xəbər verir ki, A qrupunda yer alan komandamız qrupdan çıxa bilməyib.

Ardıcıl 9-cu dəfə qitə birinciliyinin final mərhələsində iştirak edən millimiz əvvəlki illərlə müqayisədə bu dəfə fiasko ilə üz-üzə qalıb. Turnirə əsasən əvəzləyici heyət və bir neçə gənc oyunçu ilə qatılan komandamız heç bir nəticə göstərə bilməyib. Vüqar Əliyevin rəhbərlik etdiyi yığmamız keçirdiyi 5 oyunun hamısında xalsız məğlub olub. Komandamız bu yarışda cəmi 1 setə sevinə bilib. Onu da bu gün baş tutan son oyununda qazanıb. Belə ki, Fransa ilə qarşılaşmada voleybolçularımız 1 hissədə qalib gəliblər. 4 set davam edən matçda millimiz 1:3 hesabı ilə uduzub.

Bununla da Azərbaycan millisi Avropa çempionatında qrup mərhələsini adlaya bilməyərək yarışla vidalaşıb.

Avropa çempionatı

A qrupu

V tur

   Azərbaycan - Fransa 1:3 (19:25, 28:26, 11:25, 18:25)