Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Avropa çempionatında mübarizəyə başlayır. "Rekord.az" xəbər verir ki, millimiz A qrupunda yer alıb. Bu qrupun oyunları Serbiyada təşkil olunur.

Millimiz ilk oyununu sabah keçirəcək. Rəqib Belçika yığması olacaq. Yarışa əvvəlki illərdən fərqli olaraq daha zəif heyətlə qatılan komandamız görüşün favoriti hesab olunmasa da, voleybolçularımızın qələbə üçün əllərindən gələni edəcəkləri şübhəsizdir. Bəzi aparıcı oyunçularımız müəyyən səbəblərdən heyətdə yer almadığından yığmamız qitə birinciliyi üçün əsasən əvəzləyici heyət və bir neçə gənc oyunçudan təşkil olunub. Əsas altılığın bəzi üzvlərinin də meydana zədə ilə çıxacağını nəzərə alsaq, komandamızın qələbə şansının yüksək olmadığını görürük. Bununla belə, təcrübəli oyunçularımız kapitanımız Ayşən Abduləzimova, Marqarita Stepanenka, Kristina Besman, Olena Xarçenko, Yuliya Kərimova və digər voleybolçularımız uğurlu nəticə üçün meydana çıxacaqlar.

Qeyd edək ki, qitə birinciliyində ilk oyunumuz avqustun 20-da Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qarşılaşma İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Avropa çempionatı

20 avqust

A qrupu

  19:00 Azərbaycan - Belçika