Avro-2021: Millimizdən növbəti quru hesablı məğlubiyyət
- 22 Avq 2021 20:41
- 770
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, A qrupunda yer alan komandamız 3-cü turda Rusiya ilə qarşılaşıb.
Bundan əvvəlki iki görüşdə quru hesabla uduzan komandamız bu dəfə də sensasiya edə bilməyib. Gözlənildiyi kimi matç şimal qonşularımızın üstünlüyü ilə keçib. 3 set davam edən oyunda Vüqar Əliyevin rəhbərlik etdiyi yığmamız növbəti quru hesablı məğlubiyyətlə barışmalı olub.
Avropa çempionatı
A qrupu
III tur
Azərbaycan - Rusiya 0:3 (16:25, 17:25, 13:25)