Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının da iştirak etdiyi Avropa çempionatı bu gün başlayır. "Rekord.az" xəbər verir ki, ardıcıl 9-cu dəfə yarışda iştirak edən millimizin heyəti açıqlanıb.

Əvvəlki birinciliklərdən fərqli olaraq bu dəfə yığmamız turnirə zəif heyətlə yollanıb. Buna səbəb bir neçə aparıcı oyunçumuzun millidən ayrılması, bəzilərinin isə zədəli olmasıdır. Əsasən əvəzləyici heyət və bir neçə yeni gənc oyunçudan təşkil olunan komandamızdan uğurlu nəticə gözlənilmir. Bununla belə hazırda heyətdə olan bir neçə təcrübəli voleybolumuzun da səyləri ilə yığmamız qrupdan çıxmaq üçün çalışacaq.

Gənc oyunçuların da cəlb olduğu komandamız yarışa 14 voleybolçu ilə yollanıb. 4 voleybolçu isə ilk dəfə Avropa çempionatında mübarizə aparacaq. Bu yarışda milli komandamıza Vüqar Əliyev rəhbərlik edəcək. Əliyevə Eldar Yusubov, Emin Əbilov və Sinişa Popek köməklik edəcəklər.

Komandamızın kapitanı isə təcrübəli blokçumuz Ayşən Abduləzimovadır.

 

Avropa çempionatında Azərbaycan millisinin heyəti

Hücumçular: Marqarita Stepanenko, Anastasiya Bayduk, Anastasiya Mertsalova, Kseniya Pavlenko, İlhamə Əliyeva

Blokçular: Ayşən Abduləzimova, Olena Xarçenko, Mariya Kirilyuk, Nilufər Ağazadə

Toppaylayıcılar:  Kristina Besman, Şəfaqət Alışanova, Yana Doroşenko

Liberolar: Yuliya Kərimova, Bəyaz Alıyeva