Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, A qrupunda yer alan komandamız yarışın ev sahibi Serbiya ilə üz-üzə gəlib.

Görüş gözlənildiyi kimi rəqibin üstünlüyü ilə keçib. Bundan əvvəl keçirdiyi bütün oyunları quru hesabla uduzan komandamız bu dəfə də eyni nəticəni göstərib. 3 set davam edən qarşılaşmada yığmamız quru hesabla məğlub olub.

Avropa çempionatı

A qrupu

  Azərbaycan - Serbiya 0:3 (17:25, 20:25, 19:25)