Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, D qrupunda yer alan komandamız Gürcüstan yığmasının qonağı olub.

Voleybolçularımız səfər qarşılaşmasına yaxşı başlayıblar. İlk setdən üstünlüyə yiyələnən millimiz təşəbbüsü sonadək əlində saxlayıb. Əvvəlcədən də görüşün favoriti hesab olunan Azərbaycan komandası rəqibə heç bir şans verməyib və meydandan quru hesablı qələbə ilə ayrılıb.

Bununla da komandamız keçirdiyi hər iki görüşdə 3 xallı qələbə qazanıb və hazırda 6 xalla qrup lideridir.

Avropa çempionatı, təsnifat

D qrupu

24 avqust

   Gürcüstan - Azərbaycan 0:3 (14:25, 14:25, 7:25)