Qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. "Rekord.az" xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi C qrupunda yer alan komandamız Çexiya, meydan sahibi, Türkiyə, Yunanıstan və İsveç kollektivləri ilə qarşılaşıb.

Çexiyanı 3:0 və Yunanıstanı 3:2 hesabları ilə məğlub edən yığmamız Türkiyəyə 0:3, Almaniya və İsveçə 1:3 hesabları ilə uduzub. Gərgin mübarizənin getdiyi bu qrupda komandamız 5 xal toplayaraq 5-ci yeri tutub və növbəti mərhələyə adlaya bilməyib.

Beləliklə, C qrupunda Türkiyə, Çexiya, Almaniya və İsveç yığmaları 1/8 finala vəsiqə qazanıblar.