Qitə birinciliyində çıxış edən voleybolçu qadınlardan ibarət Azərbaycan millisi növbəti görüşünü keçirib. "Rekord.az" xəbər verir ki, D qrupunda yer alan komandamız Avstriyanı qəbul edib.
Voleybol Mərkəzində baş tutan qarşılaşma gözlənildiyi kimi voleybolçumızın üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda yığmamız quru hesablı qələbəni bayram edib.
Millimiz keçirdiyi hər üç oyunda maksimum nəticə göstərərək 9 xalla qrupda liderlik edir. Sloveniya 8 xalla ikinci, Avstriya 1 xalla üçüncü pillədə qərarlaşıblar. Hesabında xal olmayan Gürcüstan isə sonuncu yerdədir.

Avropa çempionatı, təsnifat
28 avqust
D qrupu
III tur
   Azərbaycan - Avstriya 3:0 (25:19, 25:19, 25:13)