Qadın voleybolçulardan ibarət millimiz bu gün Avropa çempionatında qrup oyunlarını keçirəcəyi Almaniyanın Düsseldorf şəhərində ilk məşqinə çıxıb. "Rekord.az" xəbər verir ki, voleybolçularımız yarışa hazırlığı məşq üçün ayrılmış meydançada davam etdiriblər.

Qeyd edək ki, C qrupunda yer alan yığmamız ilk oyununu avqustun 18-da Çexiya komandasına qarşı keçirəcək.