2012-ci il futbol üzrə Avropa çempionatı yenidən iki ölkədə keçirildi: Polşa və Ukrayna. Hər iki ölkə üçün bu cür mötəbər yarış təşkil etmək bir ilk idi. Xüsusilə Ukrayna ilk keçmiş SSRİ ölkəsi idi ki, Avropa çempionatına ev sahiblkiyi edirdi.

Reqlament və format baxımından heç bir ciddi dəyişiklik baş verməmişdi. Polşa və Ukrayna ev sahibləri kimi, final mərhələyə birbaşa vəsiqə qazanmışdılar. Digər komandalar isə 9 qrupa bölünərək qalan 14 vəsiqənin taleyini həll etməli idi. 6 qrupun hər birində 6, 3 qrupun hər birində isə 5 komanda olmaqla, ümumilikdə 51 komanda final mərhələyə düşmək üçün mübarizə aparmalı idi. Qrup qalibləri Avropa çempionatına birbaşa yollanacaqdı. İkinci yeri tutan komandalar arasında ən çox xal toplayan bir komanda da həmin qrup qaliblərinə qoşulacaqdı. Yerdə qalan 8 komanda isə pley-offla son 4 komandanın kimliyini müəyyənləşdirəcəkdi.

Beləliklə, seçmə qrup oyunlarından  sonra 16 finalçının adı məlum oldu: Polşa, Ukrayna, Almaniya, Rusiya, İtaliya, Fransa, Niderland, Yunanıstan, İngiltərə, Danimarka, İspaniya, İsveç, Xorvatiya, Çexiya, İrlandiya, Portuqaliya.

Final mərhələnin püşkatma mərasimi isə 2011-ci il dekabrın 2-də Kiyevdəki “Ukrayna” Milli İncəsənət Sarayında keçirildi. Püşk qrupları aşağıdakı kimi müəyyən etdi:

A qrupu

Çexiya, Yunanıstan, Rusiya, Polşa

B qrupu

Almaniya, Portuqaliya, Danimarka, Niderland

C qrupu

İspaniya, İtaliya, Xorvatiya, İrlandiya

D qrupu

İngiltərə, Fransa, Ukrayna, İsveç

 

Skandal yaradan olay

Hər şey qaydasında getdiyi bir vaxtda yayılan  bir məlumat aləmi qarışdırdı. Yayılan məlumatlara görə, Ukraynada bəzi stadionlar tələsik tikilib və istər dizayn, istərsə də keyfiyyət olaraq, müasir tələblərə cavab vermir. İddialara görə, bəzi şirkətlər bəzi məmurlarla iş birliyinə gedərək tenderi saxta yolla udmuş və dövlətin tikinti üçün ayırdığı vəsaiti mənimsəmişdi. Yaxşı ki, bu məsələ çempionatın keçirilməsinə mane olmadı.

 

Azarkeş qalmaqalı

AVRO-2012 azarkeş qalmaqalları ilə dı yadda qaldı. Xüsusilə Varşavada keçirilən Polşa -Rusiya matçından əvvəl polyak və rus azarkeşlər arasında kütləvi dava oldu. Polis bu davaya görə 180 nəfər azarkeşi həbs etdi. Həbs olunan azarkeşlərin əksəriyyəti polyaklar idi. Bundan başqa, Polşa – Xorvatiya matçı zamanı da iki ölkənin azarkeşləri arasında da kütləvi dava oldu.

 

Ev sahiblərinin fiaskosu

AVRO-2012 ev sahibi komandalarının fiaskosu ilə də yadda qaldı. Belə ki, həm Polşa, həm də Ukrayna qrupda qaldı. Polşa, ümumiyyətlə, qələbəyə həsrət qaldı. Ukrayna isə əslindəı qrupdan çıxa bilərdi. Lakin macar hakim Viktor Kaşşainin qalmaqallı qərarı ukraynalıların ¼ finala yolunu bağladı. Belə ki, İngiltərə - Ukrayna matçının 62-ci dəqiqəsində Ukrayna millisinin futbolçusu Marko Deviçin zərbəsndən sonra top qapı xəttini keçsə də laysman və Kaşşayi aşkar qolu qeydə almadılar. Halbuki həmin qol qeydə alınsaydı hesab bərabərləşəcəkdi və vurulacaq daha bir qol Ukraynanı qrupdan çıxardacaqdı. Lakin hakimlərin səhv qərarı ukraynalıları da qrupda qoydu.

 

İspaniyanın davam edən hegemonluğu

Öncədən favorit hesab edilən komandalar ¼ finala vəsiqə qazandı. Burada isə maraqlı qarşılaşmalar oldu. Xüsusilə İspaniya – Fransa və İngiltərə - İtaliya qarşılaşmaları favoritlərin qarşılaşması baxımından maraq doğururdu. İspaniya Fransanı daha Rahat keçsə də (2:0), İngiltərə - İtaliya matçında yarımfinalçını penaltilər müəyyən etdi. Bu mübarizədən isə italiyanlar qaliub ayrıldı. Portuqlaiya 1:0 hesabı ilə Çexiyanı, Almaniya isə 4:2 hesabı ilə Yunanıstanı məğlub edib yarımfinala çıxdı. Burada isə İspaniya çətinlik çəkdi. Portuqaliyaya qarşı oyunun əsas və əlavə vaxtları 0:0 hesabı ilə yekunlaşdı. Penalti seriyasında isə İspaniya rəqibini üstələməyi bacardı. Almaniya isə İtaliya önündə daha favorit görünsə də, gözlənilənlərin əksinə, İtaliya ilk dəqiqələrdən daha üstün oynamaqla ilk hissədə iki qol vurmaqla böyük üstünlük qazandı. Almanlar yalnız əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə penaltidən vurulan qolla hesab arasındakı fərqi azalda bildi. Oyunun qəhrəmanı isə dubl edən Balotelli oldu. Final matçında isə İspaniyanın üstünlüyü aşkar oldu. Onlar İtaliyanı bütün parametrlərdə üstələyərək 4:0-lıq möhtəşəm qələbə ilə ardıcıl ikinci dəfə Avropa çempionu adını qazandılar.

 

A qrupu

Polşa – Yunanıstan 1:1

Qollar: Levandovski, 17 – Salpinqidis, 51

8 iyun, Varşava, “Milli stadion”, 56 070 tamaşaçı

Baş hakim: Karlos Velasko Karavlyu (İspaniya)

 

Rusiya – Çexiya 4:1

Qollar: Zaqoev, 15, 79; Şirakov, 24; Pavlyuçenko, 82 – Pilarj, 52

8 iyun, Vroslav şəhər stadionu, 40 803 tamaşaçı

Baş hakim: Hovard Uebb (İngiltərə)

Yunanıstan – Çexiya 1:2

Qollar: Gekas, 53 – Yiraçek, 3; Pilarj, 6

12 iyun, Vroslav şəhər stadionu, 41 105 tamaşaçı

Baş hakim: Stefan Lannua (Fransa)

 

Polşa – Rusiya 1:1

Qollar: Blaşikovski, 57 – Zaqoev, 37

12 iyun, Varşava Milli Stadion, 55 920 tamaşaçı

Baş hakim: Volfanq Ştark (Almaniya)

 

Yunanıstan – Rusiya 1:0

Qol: Karaqunis, 45+2

16 iyun, Varşava Milli Stadion, 55 614 tamaşaçı

Baş hakim: Yuans Erikkson (İsveç)

 

Çexiya – Polşa 1:0

Qol: Yiraçek, 72

16 iyun, Vroslav Şəhər Stadionu, 41 480 tamaşaçı

Baş hakim: Kreyq Tomson (Şotlandiya)

 

B qrupu

Niderland – Danimarka 0:1

Qol: Kron- Deli, 24

9 iyun, Xarkov, “Metallsit” stadionu, 35 923 tamaşaçı

Baş hakim: Damir Skomnina (Slovakiya)

 

Almaniya – Portuqaliya 1:0

Qol: Qomes, 72

9 iyun, Lvov, “Lvov Arena”, 32 990

Baş hakim: Stefan Lannua (Fransa)

 

Danimarka – Portuqaliya 2:3

Qollar: Bentner, 41; 80 – Pepe, 24; Elder Poştiqa, 36; Varela, 87

13 iyun, Lvov, “Lvov Arena”, 31 840 tamaşaçı

Baş hakim: Kreyq Tomson (Şotlandiya)

 

Niderland – Almaniya 1:2

Qollar: van Persi, 73 – Qomes, 24, 38

13 iyun, Xarkov, “Metallist”, 37 750 tamaşaçı

Baş hakim: Yunas Eriksson (İsveç)

 

Portuqaliya – Niderland 2:1

Qollar: Ronaldo, 28, 74 – van der Vart, 11

17 iyun, Xarkov, “Metallist”, 37 445 tamaşaçı

Baş hakim: Nikola Rissoli (İtaliya)

 

Danimarka – Almaniya 1:2

Qollar: Kron Deli, 24 – Podolski, 19; Bender, 80

17 iyun, “Lvov Arena”, 32 990 tamaşaçı

Baş hakim: Karlos Velasko Karablo (İspaniya)

 

C qrupu

İspaniya – İtaliya 1:0

Qol: Fabreqas, 64

10 iyun, Qdansk, “PGE Arena”, 38 869 tamaşaçı

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

 

İrlandiya – Xorvatiya 1:3

Qollar: Sent Ledjer, 19 – Mandjukiç, 3, 49; Elaviç, 43

10 iyun, 39 550 tamaşaçı

Baş hakim: Born Keypers (Niderland)

 

İtaliya – Xorvatiya 1:1

Qollar: Pirlo, 39 – Mandjukiç, 72

14 iyun, Poznan şəhər stadionu 37 096 tamaşaçı

Baş hakim: Hovard Uebb (İngiltərə)

 

İspaniya – İrlandiya 4:0

Qollar: Torres, 4, 70; Silva, 49; fabreqas, 83

14 iyun, “PGE Arena”, Qdansk, 39 150 tamaşaçı

Baş hakim: Pedru Proensa (Portuqaliya)

 

Xorvatiya – İspaniya 0:1

Qol: Navas, 88

18 iyun, “PGE Arena”, Qdansk, 39 076 tamaşaçı

Baş hakim: Volfanq Ştark (Almaniya)

 

İtaliya – İrlandiya 2:0

Qollar: Kassano, 35; Balotelli, 90

18 iyun, Poznan Şəhər Stadionu, 38 794 tamaşaçı

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

 

D qrupu

Fransa – İngiltərə 1:1

Qollar: Nəsri, 39 – Leskot, 30

11 iyun, Donetsk, “Donbass Arena”, 47 400 tamaşaçı

Baş hakim: Nikola Rissoli (İtaliya)

 

Ukrayna – İsveç 2:1

Qollar: Şevçenko, 55, 61 – İbrahimoviç, 52

11 iyun, Kiyev, “Olimpiya” stadionu, 64 290 tamaşaçə

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

 

Ukrayna – Fransa 0:2

Qollar: Menez, 53, Kabay, 56

15 iyun, “Donbass Arena”, 48 000 tamaşaçı

Baş hakim: Born Keypers (Niderland)

 

İsveç – İngiltərə 2:3

Qollar: Conson, 49 (avtoqol); Melberk, 59 – Kerroll, 23; Uolkott, 64; Uelbek, 78

15 iyun, Kiyev, “Olimpiya” stadionu, 64 640 tamaşaçı

Baş hakim: Damir Skomina (Slovakiya)

 

İsveç – Fransa 2:0

Qollar: İbrahimoviç, 54; Larsson, 90+1

19 iyun, “Donbass Arena”, 63 019 tamaşaçı (Portuqaliya)

Baş hakim: Pedru Proensa (Portuqaliya)

 

İngiltərə - Ukrayna 1:0

Qol: Runi, 48

19 iyun, “Donbass Arena”, 48 700 tamaşaçı

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

 

¼ final

Çexiya – Portuqaliya 0:1

Qol: Ronaldo, 80

21 iyun, Varşava, Milli Stadion, 55 590 tamaşaçı

Baş hakim: Hovard Uebb (İngiltərə)

 

Almaniya – Yunanıstan 4:2

Qollar: Lam, 39; Xedira, 61; Kloze, 68; Roys, 74 – Samaras, 55; Salpinqidis, 89 (pen)

22 iyun, PGE Arena, 38 751 tamaşaçı

Baş hakim: Damir Skomina (Slovakiya)

 

İspaniya – Fransa 2:0

Qollar: Alonso, 19, 90+1 (pen)

23 iyun, “Donbass Arena”, 47 000 tamaşaçı

Baş hakim: Nikola Rissoli (İtaliya)

 

İngiltərə - İtaliya 0:0 (pen 2:4)

24 iyun, Kiyev, Olimpiya stadionu, 54 340 tamaşaçı

Baş hakim: Pedro Proense (Portuqaliya)

 

Yarımfinal

Portuqaliya – İspaniya 0:0 (pen 2:4)

27 iyun, “Donbass Arena”, 48 000

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

 

Almaniya – İtaliya 1:2

Qollar: Özil, 90+2 (pen) – Balotelli, 20, 36

28 iyun, Varşava, Milli Stadion, 55 540 tamaşaçı

Baş hakim: Stefan Lannuya (Fransa)

 

FİNAL

İspaniya – İtaliya 4:0

Qollar: Silva, 14; Alba, 41; Torres, 84; Mata, 88

1 iyul, Kiyev, Olimpiya stadionu, 63 170 tamaşaçı

Baş hakim: Pedru Proensa (Portuqaliya)

 

Hazırladı Anar XANLAROV