Dünyada geniş yayılan koronavirus epidemiyası UEFA rəhbərliyini də bəzi qərarlar almağa vadar edib.

Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq UEFA bayrağı altında keçirilən bütün oyunlarda matçdan əvvəl futbolçuların əl sıxaraq salamlaşması qadağan olunub.

Çempionlar Liqasının “Valensiya” – “Atalanta” və Avropa Liqasının “İnter” – “Xetafe” matçları koronavirusa görə azarkeşsiz keçiriləcək.