Avrokubokda çıxış edən hücumçumuzun komandası məğlub oldu
- 16 Dek 2022 13:40
- 434
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban avrokubokda növbəti oyununa çıxıb. "Rekrod.az" xəbər verri ki, hücumçumuzun formasını geyindiyi Rumıniyanın "CSM Lugoj" "Challenge Cup"ın 1/16 final mərhələsində Türkiyənin "PTT" klubu ilə qarşılaşıb.
Cütün Türkiyədə baş tutan ilk qarşılaşması gərginliyi ilə yadda qalıb. Oyuna yaxşı başlayan voleybolçumuzun komandası ilk seti xeyrinə başa vurub. Lakin meydan sahibləri bundan sonra ardıcıl iki hissədə qalib gəlməklə ümumi hesabda irəli keçiblər. Ruhdan düşməyən Liza və rəfiqələri növbəti setdə qələbə qazanmaqla görüşün taleyini tay-brekə daşıyıblar. Gərgin keçən həlledici hissədə isə meydan sahibləri daha dəqiq oynayıblar. 5 set davam edən matçda Rumıniya təmsilçisi 2:3 hesabı ilə uduzub. "CSM Lugoj" məğlub olsa da növbəti mərhələ şansını qoruyub. Rəqib meydanında iki set qazanan voleybolçumuzun komandasına cavab görüşündə istənilən hesablı qələbə kifayət edəcək ki, cütün taleyini Qızıl setə daşısın. həmon oyun dekabrın 21-də Rumıniyada baş tutacaq.
Komandasının qələbəni son anda əldən verdiyi görüşdə yığmamızın üzvü 17 xal qazanıb. Ruban meydan sahiblərini 14 dəfə hücumda, 2 dəfə eyslə, 1 dəfə isə blokda məyus edib.
Challenge Cup
1/16 final
"PTT" - "CSM Lugoj" 2:3 (25:15, 22:25, 11:25, 25:14, 16:18)