Voleybolçu kişilərdən ibarət "Xarıbülbül" klubu yeni transferinin adını açıqlayıb. "Rekord.az" xəbər verir ki, avrokubokda debüt edəcək Şuşa təmsilçisi kanadalı oyunçu Pierce Johnsonun keçidini rəsmiləşdirib. 

25 yaşlı 1.93 sm boya malik hücumçu ən azı bir il Şuşa klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, ölkə birinciliyi ilə yanaşı, "Challenge Cup"da mübarizə aparacaq "Xarıbülbül"ün avrokubokdakı ilk rəqibi Slovakiyanın "TJ Spartak Myjava" klubu olacaq. Cütün ilk qarşılaşması Bakıda, cavab oyunu isə Myjavada baş tutacaq. Komandaların birinci oyunu 24-26 oktyabr, cavab görüşü isə 31 oktyabr-2 noyabr tarixlərində keçiriləcək.