Ölkəmizi avrokubokda təmsil edəcək kişi voleybolçulardan ibarət "Xarı bülbül" klubunun ilk turdakı rəqibi bəlli olub. "Rekord.az" xəbər verir ki, Şuşa təmsilçisi ""Challenge Cup"ın 1/32 final mərhələsindən mübarizəyə başlayacaq.

Beynəlxalq arenada debüt edəcək komandamızın ilk rəqibi isə Slovakiyanın "TJ Spartak Myjava" klubu olub. Cütün ilk qarşılaşması Bakıda, cavab oyunu isə Myjavada baş tutacaq.

Komandaların birinci oyunu 24-26 oktyabr, cavab görüşü isə 31 oktyabr-2 noyabr tarixlərində keçiriləcək.