Ölkədə iyunun 21-dən iyulun 5-ə qədər sərt karantin rejiminin yenidən tətbiq olunması avrokuboklarda iştirak edəcək klublarımızı çıxılmaz duruma salıb.

Rekord.az xəbər verir ki, ölkədə karantin rejimi avqustun 1-ə kimi uzadılıb.

İyulun 5-ə kimi nəzərdə tutulan sərt karantin rejimində isə açıq havada məşq və yarışlara qadağa qoyulub. Bu isə o deməkdir ki,  komandalar ən azı iyulun 5-ə kimi məşq edə bilməyəcək. Heç kim zəmanət verə bilməz ki, iyulun 5-də idman yarışları ilə bağlı qadağa götürüləcək. Nəzərə alaq ki, avqustun əvvəllərində avrokuboklar start götrüəcək. Hazırkı durumda məşq etməyən klublarımızın avrokubokda necə çıxış edəcəyi də kifayət qədər düşündürücü məqamdı.