Avrokuboklar tarixində ən uzun penaltilər seriyası qeydə alındı
- 16 Avq 2024 14:40
- 195
UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində baş tutan "Ayaks" (Niderland) - "Panatinaikos" (Yunanıstan) matçında qitə kubokları tarixinin ən uzun penaltilər seriyası qeydə alınıb.
Rekord.az xəbər verir ki, bu cütün qalibi penaltilər seriyasında müəyyənləşib.
Komandalar hərəyə 17 zərbə vurub. Niderland klubu 13:12 hesabı ilə qələbə qazanıb və pley-off mərhələsinə yüksəlib. Bu, avropakuboklar tarixinə ən uzun penaltilər seriyası kimi düşüb.
Amsterdamda baş tutan qarşılaşmanın əsas vaxtı Yunanıstan klubunun 1:0 hesablı qələbəsi ilə bitib. İlk oyunda isə Niderland təmsilçisi eyni hesabla qələbə qazanmışdı.