2023/2024 mövsümünün avrokubok finallarının oyunlarını idarə edəcək baş hakimlərin adları açıqlanıb.

Rekord.az xəbər verir ki, Çempionlar Liqasında "Real" (Madrid) və "Borussiya" (Dortmund) arasında keçiriləcək final görüşünü slovenyalı Slavko Vinçiç idarə edəcək.

Avropa Liqasının həlledici mərhələsində üz-üzə gələcək "Bayer" və "Atalanta" komandalarının oyununa rumıniyalı İştvan Kovaç təyin olunub.

Konfrans Liqasının final görüşü olan "Olimpiakos" - "Fiorentina" matçına portuqaliyalı Artur Soares Dias təyinat alıb.

Qadınlar arasında Çempionlar Liqasının qalibinin müəyyənləşəcəyi "Barselona" – "Olimpik” (Lion) görüşündə isə Rebekka Uelş ətaləti qoruyacaq.