“Avrokuboklarda oynamaq üçün “Qarabağ”a keçdim”
- 27 Dek 2024 18:20
- 57
“Qarabağ"ın qapıçısı Mateuş Koxalski "Przegladsportowy" nəşrinə müsahibə verib.
Rekord.az xəbər verir ki, 24 yaşlı qolkiper Bakıda Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirdikləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu (0:2) haqqında danışıb.
Polşalı oyunçu "Çempionlar Liqasının himnini eşidəndə bir az stress keçirdinizmi" sualını cavablandırıb:
"Bəli. Amma eyforiya daha çox idi. Arzumu reallaşdırdım, avrokuboklarda oynamaq üçün "Qarabağ"a gəldim.
Koxalski Azərbaycan haqqında da danışıb: "Burada təhlükəsizlik hissi daha da böyükdür. Mən nə dava-dalaş, nə küçələrdə sərxoş insanlar, nə də evsiz-eşiksiz olanları gördüm".
Koxalski bu ilin avqustunda "Qarabağ"a transfer olunub.