Avropa Klubları Assosiasiyası (ECA) və UEFA cari mövsümün avqust ayında başa çatdırılmasına dair razılığa gəliblər.

Rekord.az xəbər verir ki, bu barədə “Cadena SER” nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, Avropadakı milli çempionatların avrokubok oyunlarının finalınadək bitməsi planlaşdırılır. Avrokubok qarşılaşmalarının hamısı azarkeşsiz keçiriləcək. Komandalar hər mərhələdə iki yox, bir matça çıxacaqlar. Yəni, ev-səfər prinsipi ləğv olunacaq. Final qarşılaşmaları isə avqustun ikinci yarısına planlaşdırılır.

Belə olan halda avrokuboklarda 2020/21 mövsümünə sentyabrda start veriləcək.