Qadın voleybolçular arasında CEV kubokunda bütün yarımfinalçılar bəlli olub. "Rekord.az" xəbər verir ki,  Azərbaycan millisinin üzvləri bu mərhələdə bir-birinə rəqib olublar. 

Yığmamızın blokçusu kapitanımız Ayşən Abduləzimovanın şərəfini qoruduğu Macarıstanın "Vasas Obuda" klubu 1/2 finalda Rumıniyanın "CSM Volei Alba-Blaj" kollektivinə rəqib olub. Bu klubda isə millimizin hücumçusu Yelizaveta Ruban və blokçumuz Olena Xarçenko forma geyinirlər. 

Cütün ilk qarşılaşması martın 4-də Budapeştdə  "Vasas Obuda"nın ev sahibliyi ilə baş tutacaq. Rumıniyada baş tutacaq cavab matçının isə tarixi hələ bəlli deyil.