Avroliqa: “Astana” “Ludoqorets”i məğlub yola saldı
- 09 Avq 2023 00:37
- 297
Avropa Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Qaxaxıstanda yerli “Astana” Bolqarıstan təmsilçisi “Ludoqorets”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Qalan oyunlar avqustun 10-da keçiriləcək. Həmin gün Azərbaycan çempionu “Qarabağ” da Finlandiyanın HJK komandası ilə üz-üzə gələcək.
Avropa Liqası
3-cü təsnifat mərhələsi
8 avqust
“Astana” (Qazaxıstan) - “Ludoqorets” (Bolqarıstan) 2:1