Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Rekord.az xəbər verir ki, bütün görüşlər eyni günə təsadüf edib.

“Fənərbağça” doğma meydanda “Reyncers”lə qarşılaşıb və məğlubiyytə üzülüb. “Tottenhem” də “Alkmar”la səfər oyunundan məğlub ayrılıb. “Mançester Yunayted” səfərdə “Real Sosyedad”la heç-heçə edib. “Atletik” isə İtaliyada “Roma”ya uduzub.

Cavab görüşləri martın 13-də keçiriləcək.

Avropa Liqası
1/8 finalın ilk oyunları

6 mart

“Alkmar” (Niderland) - “Tottenhem” (İngiltərə) 1:0
Qol: Berqvall, 18-öz qapısına.

“Real Sosyedad” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) 1:1
Qollar: Oyarsabal, 70-pen – Zirkze, 57.

“Styaua” (Rumıniya) – “Olimpik” (Lion, Fransa) 1:3
Qollar: Baluta, 68 – Talyafiko, 30. Fofana, 86; 89.

“Fənərbağça” (Türkiyə) - “Reyncers” (Şotlandiya) 1:3
Qollar: Djiku, 30 – Dessers, 7. Çerni, 42; 81.

“Viktoriya” (Plzen, Çexiya) - “Latsio” (İtaliya) 1:2
Qollar: Durosinmi, 53 – Romanyolii, 18. İsaksen, 90+8.

“Bodo Qlimt” (Norveç) - “Olimpiakos” (Yunanıstan) 3:0
Qollar: Tsolakis, 13-öz qapısına. Hoq, 45; 55.

“Ayaks” (Niderland) - “Anderlext” (Belçika) 1:2
Qollar: Brobbi, 10 – Larsson, 28. Sxiri, 70.

“Roma” (İtaliya) - “Atletik” (İspaniya) 2:1
Qollar: Anxelinyo, 56. Şomurodov, 90+4 – İ.Uilyams, 50.