Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, bütün qarşılaşmalar eyni günə təsadüf edib.

“Qarabağ” da bu gün Bundesliqanın lideri “Bayer”lə üz-üzə gəlib və dramatik məğlubiyyətlə mübarizəni dayandırıb.

“Bayer”lə yanaşı, iki oyunun yekununa əsasən rəqiblərindən güclü olan “Benfika”, “Milan”, “Olimpik” (Marsel), “Vest Hem”, “Atalanta”, “Roma” və “Liverpul” da növbəti mərhələyə vəsiqə qazanıblar.

Avropa Liqası
1/8 finalın cavab oyunları

14 mart

Reyncers (Şotlandiya) - Benfika (Portuqaliya) 0:1 (ilk oyun 2:2)
Qol: R.Silva, 66.

Slaviya (Praqa, Çexiya) - Milan (İtaliya) 1:3 (2:4)
Qollar: Yurasek, 85 – Pulişiç, 33. Loftus-Çik, 36. Leao, 45+6.

Vilyarreal (İspaniya) - Olimpik (Marsel, Fransa) 3:1 (0:4)
Qollar: Kapoe, 32. Sörlot, 54. Moskera, 86 – Klaus, 90+4.

Vest Hem (İngiltərə) - Frayburq (Almaniya) 5:0 (0:1)
Qollar: Paketa, 9. Bouen, 32. Kressuell, 52. M.Kudus, 77; 85.

Atalanta (İtaliya) - Sportinq (Portuqaliya) 2:1 (1:1)
Qollar: Lukman, 46. Skamakka, 59 - Qonsalves, 33.

Brayton (İngiltərə) - Roma (İtaliya) 1:0 (0:4)
Qol: Uelbek, 37.

Bayer (Almaniya) - Qarabağ (Azərbaycan) 3:2 (2:2)
Qollar: Ceremi Frimponq, 72. Patrik Şik, 90+3; 90+7 - Abdullah Zubir, 58. Olavio Juninyo, 67.

Liverpul (İngiltərə) - Sparta (Praqa, Çexiya) 6:1 (5:1)
Qollar: D.Nunyes, 7. B.Klark, 8. M.Salah, 10. K.Qakpo, 14; 55. Soboslai, 48 – Birmançeviç, 42.