Avroliqa: Pley-offun cütləri müəyyənləşdi
- 13 Avq 2021 12:20
- 510
Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, “Neftçi”ni mübarizədən kənarlaşdıran HJK, pley-offda “Fənərbaxça” ilə qarşılaşacaq.
Türkiyənin digər təmsilçisi “Qalatasaray”ın pley-offdakı rəqibi isə Danimarka “Randers”i olacaq.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Polşa “Legiya”sı da bu turnirin pley-offunda Praqa “Slaviya”sı ilə üz-üzə gələcək.
Pley-offun ilk oyunları avqustun 17-də və 19-da, cavab görüşləri isə ayın 26-da keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi
Srvena Zvezda (Serbiya) - ÇFR Kluj (Rumıniya)
Randers (Danimarka) - Qalatasaray (Türkiyə)
Seltik (Şotlandiya) - Alkmaar (Niderland)
Rapid (Avstriya) - Zarya (Ukrayna)
Fənərbaxça (Türkiyə) - HJK (Finlandiya)
Mura (Sloveniya) - Şturm Qraz (Avstriya)
Omoniya (Kipr) - Antverpen (Belçika)
Olimpiakos (Yunanıstan) - Slovan (Slovakiya)
Reyncers (Şotlandiya) - Alaşkert (Ermənistan)
Slaviya (Praqa, Çexiya) - Legiya (Polşa)