Avroliqa: “Qalatasaray” pley-offda!
- 13 Avq 2021 00:34
- 594
Bu gün futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub. Rekord.az xəbər verir ki, sonuncu oyun günündə daha 8 qarşılaşma baş tutub.
Azərbaycanın bu turnirdəki təmsilçisi “Neftçi” səfərdə Finlandiyanın HJK komandası ilə cavab matçına çıxıb. Bakıdakı ilk oyunda qalib müəyyənləşməmişdi – 2:2. Cavab matçında qələbə qazanan HJK pley-offda Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşmaq hüququ əldə edib.
Türkiyənin “Qalatasaray” klubu Şotlandiya səfərində “Sent-Conston” komandasının qonağı olub. “Sarı-qırmızı”lar mərhələ adlamaq üçün mütləq qələbə qazanmalıydı. Komandalar arasındakı ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab görüşü məhz Türkiyə nəhənginin qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, Kiprin “Omoniya” və Slovakiyanın “Slovan” komandaları pley-offa vəsiqəni daha öncə təmin etmişdi.
Avropa Liqası
3-cü mərhələnin cavab oyunları
10 avqust
Flora (Estoniya) – Omoniya (Kipr) 2:1 (penaltilər 3:5)
İlk oyun – 0:1
Slovan (Slovakiya) – Linkoln (Cəbəllütariq) 1:1
İlk oyun – 3:1
12 avqust
Alakşert (Ermənistan) – Kayrat (Qazaxıstan) 3:2
İlk oyun – 0:0
HJK (Finlandiya) – Neftçi (Azərbaycan) 3:0
İlk oyun – 2:2
Anortosis (Kipr) – Rapid (Avstriya) 2:1
İlk oyun – 0:3
Jalgiris (Litva) – Mura (Sloveniya) 0:1
İlk oyun – 0:0
Sent-Conston (Şotlandiya) – Qalatasaray (Türkiyə) 2:4
İlk oyun – 1:1
Seltik (Şotlandiya) – Yablonets (Çexiya) 3:0
İlk oyun – 4:2