“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

Rekord.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 3-cü raundda Finlandiya təmsilçisi HJK ilə dueldən qalib ayrılsa, növbəti mərhələdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcək “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.

"Qarabağ" - HJK cütünün qalibi ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 24 avqustda, cavab görüşləri isə 31 avqustda gerçəkləşəcək.