Avroliqa: “Qarabağ”ın futbolçusu həftənin ən yaxşısı adına namizəd oldu
- 08 Mar 2024 15:15
- 198
Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizəd olan 4 futbolçunun adını açıqlayıb.
Rekord.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Olaviyo Juninyo da yer alıb.
Ağdam təmsilçisinin üzvü həftənin ən yaxşısı seçilmək uğrunda "Roma"nın italiyalı yarımmüdafiəçisi Stefan El-Şaaravi, Marsel “Olimpik"inin qabonlu forvardı Pyer-Emerik Obameyanq və "Liverpul"un uruqvaylı hücumçusu Darvin Nunyeslə mübarizə aparacaq.
Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.
Juninyo martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda "Bayer"ə qarşı keçirilən matçda (2:2) 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Bayer"lə "Qarabağ" arasında cavab oyunu martın 14-də Almaniyanın Leverkuzen şəhərində keçiriləcək.