![photo](https://www.rekord.az/storage/uploads/5/64300c9c-a9d6-31ce-bd02-ebae04e54972-850.jpg)
Avroliqa: “Qarabağ”ın oyunlarının təqvimi bəlli oldu
- 02 Sen 2023 15:41
- 513
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.
Rekord.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda sentyabrın 21-də, 1-ci turda Norveç "Molde"sini qəbul edəcək.
Ölkə çempionu 2-ci turda, oktyabrın 5-də İsveçdə "Haken"in qonağı olacaq.
"Köhlən atlar" oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq 3-cü (səfər) və 3-cü (ev) turlarda Almaniya nəhəngi "Bayer"lə üz-üzə gələcək.
Noyabrın 30-da, 5-ci turda "Molde"nin qonağı olacaq ağdamlılar dekabrın 14-də, sonuncu turda Bakıda "Haken"i sınağa çəkəcək.