![photo](https://www.rekord.az/storage/uploads/5/avroliqaa.jpg)
Avroliqa: "Qarabağ"ın potensial rəqibləri dəqiqləşdi
- 24 İyl 2023 15:33
- 319
"Qarabağ"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının 2-ci raundunda Polşanın "Rakuv" komandasına uduzacağı təqdirdə, qitənin ikinci dərəcəli klub turnirində HJK (Finlandiya) / “Molde" (Norveç) cütünün məğlubu ilə görüşəcək.
Azərbaycan çempionu ilk matçını evdə keçirəcək.
Xatırladaq ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq.
Çempionlar yolu
“Jalgiris” (Litva)/“Qalatasaray” (Türkiyə) cütünün məğlubu - “Klaksvik” (Farer adaları)/“Haken” (İsveç) cütünün məğlubu
“Rakuv” (Polşa)/“Qarabağ” (Azərbaycan) cütünün məğlubu - HJK (Finlandiya)/“Molde” (Norveç) cütünün məğlubu
“Zrinski” (Bosniya və Herseqovina)/“Slovan” (Slovakiya) cütünün məğlubu - “Breydablik” (İslandiya)/“Kopenhagen” (Danimarka) cütünün məğlubu
“Şerif” (Moldova)/“Makkabi” (Hayfa, İsrail) cütünün məğlubu - “Aris” (Kipr)/BATE (Belarus) cütünün məğlubu
“Dinamo” (Zaqreb, Xorvatiya)/“Astana” (Qazaxıstan) cütünün məğlubu - “Ludoqorets” (Bolqarıstan)/“Olimpiya” (Sloveniya) cütünün məğlubu
Əsas yol
“Olimpiakos” (Yunanıstan) - “Servett” (İsveçrə)/“Genk” (Belçika) cütünün məğlubu
“Slaviya” (Praqa, Çexiya) - “Dnepr-1” (Ukrayna)/“Panatinaikos” (Yunanıstan) cütünün məğlubu