"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olub.

Rekord.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyanın "Bayer", Norveçin "Molde" və İsveçin “Haken” kollektivi ilə birlikdə H qrupunda yer alıb.

Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.