UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.


Rekord.az xəbər verir ki, tədbirdə 1/16 finalın cütləri bəlli olub.


Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komandanın rəqiblərinin adına aydınlıq gəlib.


Türkiyə təmsilçilərindən "Fənərbağça" Belçikanın “Anderlext” kollektivi ilə üz-üzə gələcək. "Qalatasaray" isə Niderlandın AZ klubunun müqavimətini qırmağa çalışacaq.


UEFA Avropa Liqası

Pley-off mərhələsi


"Tvente" (Niderland) - “Budyo Qlimt” (Norveç)

"Fənərbağça" (Türkiyə) - “Anderlext” (Belçika)

“Yunion” (Belçika) - "Ayaks" (Niderland)

PAOK (Yunanıstan) - FCSB (Rumıniya)

AZ (Niderland) - "Qalatasaray" (Türkiyə)

“Midtyullann” (Danimarka) - "Real Sosyedad" (İspaniya)

“Ferentsvaroş” (Macarıstan) - "Viktoriya" (Çexiya)

"Portu" (Portuqaliya) - "Roma" (İtaliya)


Qeyd edək ki, bu raundun oyunları fevralın 13-də və 20-də keçiriləcək.


“Latsio” (İtaliya), “Atletik” (İspaniya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Lion” (Fransa), “Olimpiakos” (Yunanıstan) və “Reyncers” (Şotlandiya) birbaşa 1/8 finala vəsiqə qazanıblar.