Avroliqada 1/16 finalın püşkatmasının vaxtı bilindi
- 13 Dek 2019 16:40
- 729
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü dekabrın 16-da atılacaq.
Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, qurumun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq mərasim saat 16:00-da başlayacaq.
Püşkatmada 32 komanda 2 səbətə bölünəcək. 1/16 finalın ilk oyunları 2020-ci il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.
Səpələnmişlər: “Ayaks” (Hollandiya), “Arsenal” (İngiltərə), “Bazel” (İsveçrə), “Benfika” (Portuqaliya), “Braqa” (Portuqaliya), “Seltik” (Şotlandiya), “Espanyol” (İspaniya), “Gent” (Belçika), “İnter” (İtaliya), “Başakşəhər” (Türkiyə), LASK (Avstriya), “Malmö” (İsveç), “Mançester Yunayted” (İngiltərə), “Portu” (Portuqaliya), “Zalsburq” (Avstriya), “Sevilya” (İspaniya);
Səpələnməmişlər: APOEL (Kipr), “Alkmaar” (Hollandiya), “Bayer” (Leverkuzen, Almaniya), ÇFR (Kluj, Rumıniya), “Brügge” (Belçika), “Kopenhagen” (Danimarka), “Ayntraxt” (Frankfurt, Almaniya), “Xetafe” (İspaniya), “Ludoqorets” (Bolqarıstan), “Olimpiakos” (Yunanıstan), “Reyncers” (Şotlandiya), “Roma” (İtaliya), “Şaxtyor” (Donetsk, Ukrayna), “Sportinq” (Portuqaliya), “Volfsburq” (Almaniya), “Vulverhempton” (İngiltərə).