Avroliqada 1/16 finalın püşkü atıldı
- 16 Dek 2019 16:28
- 950
Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatmada 32 komanda iki səbətə bölünüb.
1/16 finalın ilk oyunları 2020-ci il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.
Avropa Liqası
1/16 final
“Vulverhempton” (İngiltərə) - “Espanyol” (İspaniya)
“Sportinq” (Portuqaliya) - “Başakşəhər” (Türkiyə)
“Xetafe” (İspaniya) - “Ayaks” (Niderland)
“Bayer” (Almaniya) - “Portu” (Portuqaliya)
“Kopenhagen” (Danimarka) - “Seltik” (Şotlandiya)
APOEL (Kipr) - “Bazel” (İsveçrə)
ÇFR (Kluj, Rumıniya) - “Sevilya” (İspaniya)
“Olimpiakos” (Yunanıstan) - “Arsenal” (İngiltərə)
“Alkmaar” (Niderland) - LASK (Avstriya)
“Brügge” (Belçika) - “Mançester Yunayted” (İngiltərə)
“Ludoqorets” (Bolqarıstan) - “İnter” (İtaliya)
“Ayntraxt” (Frankfurt, Almaniya) - “Zalsburq” (Avstriya)
“Şaxtyor” (Donetsk, Ukrayna) - “Benfika” (Portuqaliya)
“Volfsburq” (Almaniya) - “Malmö” (İsveç)
“Roma” (İtaliya) - “Gent” (Belçika)
“Reyncers” (Şotlandiya) - “Braqa” (Portuqaliya)