Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirə saat 16:00-da start verilib.

Püşkdə “Mançester Yunayted” “Qranada”ya rəqib olub. “Arsenal” Praqa “Slaviya”sıyla, “Ayaks” “Roma”yla, Zaqreb “Dinamo”su isə “Vilyarreal”la qarşılaşacaq.

1/4 finalın ilk görüşləri aprelin 8-də, cavab matçları bir həftə sonra oynanılacaq. Yarımfinal qarşılaşmaları isə 29 aprel-6 mayda olacaq.

Avropa Liqası
1/4 final

Qranada (İspaniya) – Mançester Yunayted (İngiltərə)
Arsenal (İngiltərə) – Slaviya (Çexiya, Praqa)
Ayaks (Niderland) – Roma (İtaliya)
Dinamo (Zaqreb, Xorvatiya) – Vilyarreal (İspaniya)

Yarımfinal

Qranada (İspaniya)/Mançester Yunayted (İngiltərə) – Ayaks (Niderland)/Roma (İtaliya)

Dinamo (Zaqreb, Xorvatiya)/Vilyarreal (İspaniya) – Arsenal (İngiltərə)/Slaviya (Çexiya, Praqa)